DÜNYA ÖZ XƏBƏR

Anası tərəfindən döyülən bir yaşlı körpə reanimasiyaya yerləşdirildi / DƏHŞƏTLİ HADİSƏ

Sankt-Peterburqda bir yaşlı qız uşağı anası tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib.

32gun.az bildirir ki, bu barədə REN TV öz mənbəsinə istinadla məlumat yayıb.

Hadisədən sonra uşaq təcili tibbi yardım maşını ilə şəhər xəstəxanalarından birinə aparılaraq reanimasiyaya yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onun həyati təhlükəsi aradan qalxıb və artıq adi palataya köçürülüb.

Məlumata görə, uşaqla bağlı narahatlığı qonşular ifadə ediblər. Onlar təcili xidmət orqanlarına ailənin qeyri-sağlam şəraitdə yaşadığını və ananın qızını mütəmadi olaraq döydüyünü bildiriblər.

İlkin məlumatlara əsasən, qadın saxlanılıb. O, əvvəllər məhkumluq həyatı yaşamış, işsiz və yerli sakin olub.

Qeyd edək ki, daha əvvəl də oxşar hadisə Sverdlovsk vilayətinin Kamensk-Uralski şəhərində baş vermişdi. Orada da bir qadın küçədə uşaq arabasındakı qızını döydüyü üçün şahidlərin müraciəti əsasında polis araşdırma aparmağa başlamışdı.

Ayxan 

Oxşar Xəbərlər