ABŞ-ın sabiq birinci xanımı Mişel Obama Nyu-Yorkda əri Barak Obama ilə romantik axşam yeməyi zamanı görüntülənib.
32gun.az xəbər verir ki, bu barədə Page Six məlumat yayıb.
61 yaşlı Mişel Obama Zimmermann brendinə məxsus dərin dekolteli və şəffaf qollu lonqsliv, həmçinin bədənə oturan yubka geyinib. Onun geyiminin ümumi dəyəri 1375 dollar (təxminən 108 min rubl) olub. Cütlük Nyu-Yorkdakı Lowell Hotel restoranında vaxt keçirib.
Mart ayında Barak Obamanın ictimai tədbirlərə tək qatılması onların münasibətlərinin pozulması barədə şayiələrə səbəb olmuşdu. O, "Klipers"in sahibi Stiv Balmer və onun həyat yoldaşı Konni Snaýderlə birlikdə basketbol matçını izləyərkən görüntülənmişdi. Həmin oyunda "Klipers" "Detroyt Pistons" komandasına 123-115 hesabı ilə qalib gəlmişdi.
Mişel Obamanın son görüntüsü isə cütlüyün münasibətinin davam etdiyini göstərib və boşanma iddialarını təkzib edib.
Nilay