Kamçatka vilayətinin Yelizovo şəhərində 10 yaşlı uşaq futbol qapısının metal borusuna barmağını salaraq orada ilişib.
32gun.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Hadisə zamanı uşağın barmağı metal borunun içində ilişib qalmışdı. Kamçatka axtarış-xilasetmə dəstəsi dərhal hadisə yerinə çataraq, borunu diqqətlə kəsərək və barmağı suda isladaraq uşağı sakitləşdiriblər. Xilasetmə əməliyyatı bir neçə dəqiqə davam edib və nəticədə uşaq zərər çəkməyib.
Qeyd olunur ki, bundan əvvəl başqa bir rusiyalı istilik sistemi borularında ilişib qalmış, xilas edildikdən sonra isə tibbi yardımı rədd etmişdi.
Nilay