Krasnoyarskda məhkəmə ögey oğluna işgəncə verməkdə şübhəli bilinən şəxs barəsində həbs - qətimkan tədbiri seçib.
32gun.az bildirir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, 24 yaşlı ögey ata dörd ay ərzində iki yaşlı uşağına xəsarətlər yetirib.
“Uşağın nənəsi nəvəsində bədən xəsarətləri aşkar etdikdən sonra ona işgəncə verilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib”, - deyə qeyd edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları uşağı ailədən çıxararaq müvəqqəti olaraq nənəsinə təhvil veriblər. Gəncə qarşı işgəncə maddəsi ilə cinayət işi açılıb. Hazırda o, həbsdədir və iki ay, iyulun 28-dək həbsdə qalacaq.
Məlum olub ki, ana baş verənləri müşahidə edib və müdaxilə etmək istəyib, lakin sevgilisi guya ona zərərçəkmişi müdafiə etməyə imkan verməyib və uşağın “qız deyil, oğlan olduğunu, öz-özünə sakitləşməli olduğunu” iddia edib.
Nilay