DÜNYA ÖZ XƏBƏR

Yaponiyada kişi 10 ilə cavanlaşdı: sosial şəbəkələrdə gündəm oldu

Yaponiyada yaşayan Aki adlı kişi son 10 ildəki inanılmaz fiziki dəyişimi ilə sosial şəbəkələrdə maraq doğurub.

32gun.az bildirir ki, bu barədə Oddity Central yazıb.

33 yaşlı Aki yerli televiziya proqramında keçirdiyi transformasiyadan danışaraq məşhurlaşıb. O bildirib ki, 10 il ərzində xarici görünüşünü tamamilə dəyişərək yaşıdlarından daha gənc görünməyə başlayıb.

Dəyişikliyə səbəb isə xoşagəlməz hadisələr olub. Belə ki, 23 yaşında ikən rəisi onun vaxtından əvvəl qocalmasını və saç tökülməsini ələ salıb. Az sonra sevgilisi də onu tərk edib. Bu hadisələrdən sonra Aki öz həyatını dəyişmək qərarına gəlib.

O, günəşdən qoruyucu kremdən hava şəraitindən asılı olmayaraq mütəmadi istifadə, idman, mədə sağlamlığının nəzarətdə saxlanması, spa prosedurları, siqaretdən və gec yatmaq vərdişindən imtina kimi ciddi gündəlik rejim tətbiq edib. Bundan başqa, o, botoks inyeksiyaları etdirir və saç əkimi prosedurları ilə saç xəttini qoruyur.

“Dərim indi 10 il əvvəlki kimidir,” – deyə Aki bildirib.

O, həmçinin qeyd edib ki, yeni görünüşü şəxsi həyatı və karyerasında müsbət dəyişikliklərə səbəb olub.

Nilay 

Oxşar Xəbərlər