Novqorod vilayətinin Boroviçi şəhərində sakitlik saatı zamanı yeddi yaşlı oğlan uşağı vəziyyəti pisləşərək həkimlər gəlməmişdən əvvəl dünyasını dəyişib.
32gun.az bildirir ki, bu barədə bölgənin Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Hadisə sakitlik saatı zamanı baş verib. Uşaq özünü pis hiss edərkən tərbiyəçilər dərhal təcili yardım çağırıblar. Gələn həkimlər uşağın vəfat etdiyini təsdiqləyiblər.
Hadisə yerində istintaq qrupu fəaliyyət göstərir, hadisənin səbəbləri araşdırılır, ön istintaq yoxlaması aparılır.
Ayaz