DÜNYA ÖZ XƏBƏR

Lavrov və BMT-nin nümayəndəsi Tom Fletçer humanitar əməkdaşlığı müzakirə ediblər

Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT-nin Baş katibinin müavini Tom Fletçeri qəbul edib və Ukrayna böhranında BMT-nin humanitar səylərinin depolitizasiya edilməsi məsələsini müzakirə ediblər.

32gun.az qeyd edir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Lavrov və Fletçer — eyni zamanda BMT-nin Humanitar Əməkdaşlıq üzrə İdarəsinin rəhbəri — Yaxın Şərq də daxil olmaqla ən kəskin böhran vəziyyətləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Rusiya XİN-in açıqlamasında vurğulanıb ki, xüsusi diqqət Ukrayna münaqişəsi kontekstində BMT-nin humanitar fəaliyyətlərinin depolitizasiya olunmasına yönəldilib.

Qeyd edək ki, aprelin sonunda BMT-nin Ukraynadakı nümayəndəsi Karolina Lindholm Billing məlumat vermişdi ki, BMT-nin Qaçqınlar üzrə İdarəsi (UNHCR) döyüş bölgələrindən təxliyə olunmuş ukraynalılara göstərilən yardımı azaldıb.

Ayxan 

Oxşar Xəbərlər