ABŞ Prezidenti Donald Trampın administrasiyası ticarət tərəfdaşlarından "ən yaxşı təklifləri" — gömrük rüsumları və bazarlara giriş şərtləri üzrə — iyunun 4-ə, çərşənbə gününə qədər almaq niyyətindədir. Bu tələb ABŞ Ticarət Nümayəndəliyinin layihə məktubunda əks olunub.
32gun.az bildirir ki, məlumatı Reuters agentliyi yayıb.
Vaşinqton tərəfdaşlarından Amerikanın sənaye və kənd təsərrüfatı məhsullarının alışı, rəqəmsal ticarət, iqtisadi təhlükəsizlik və qeyri-rüsum maneələrinin aradan qaldırılması ilə bağlı son şərtləri tezliklə təqdim etmələri tələb olunur. Alınan təkliflər yaxın günlərdə qiymətləndiriləcək və ABŞ “enmə zonası” adlanan razılaşma üçün mümkün şərtlər diapazonunu müəyyən edəcək.
Ağ Ev ticarət danışıqlarını iyulun 8-dək yekunlaşdırmaq istəyir. Bu tarix Tramp tərəfindən tətbiq edilmiş genişmiqyaslı rüsumların 90 günlük təxirə salınmasının bitmə vaxtıdır. Hazırda Britaniya ilə çərçivə razılaşması əldə olunub, lakin Avropa İttifaqı, Hindistan, Vyetnam, Yaponiya və digər ölkələrlə danışıqlar davam edir.
Bloomberg agentliyi bildirir ki, Avropa İttifaqı ABŞ-la danışıqları sürətləndirməyi planlaşdırır ki, Avropa məhsullarına 50% rüsum tətbiq edilməsin.
ABŞ-ın 47-ci prezidenti Donald Tramp iyunun 1-dən Avropa İttifaqından idxal olunan mallara yüksək rüsumlar tətbiq etməyi planlaşdırırdı, lakin tətbiq tarixini iyunun 9-na qədər təxirə saldı. Pensilvaniyanın West-Mifflin şəhərində polad zavodunda çıxış edən Tramp ABŞ-a idxal olunan polada tətbiq olunan rüsumu 25%-dən 50%-ə qaldırmaq istədiyini bildirib. Ağ Ev rəhbəri həmçinin bu mövzunu Çin Xalq Respublikası sədri Si Cinpinnlə birbaşa müzakirə etməyi planlaşdırır.
Ayaz