DÜNYA ÖZ XƏBƏR

Yeniyetmələr Bibliyanı çaya atdı: birinin anası cərimələndi

Lipetsk şəhərində hüquq-mühafizə orqanları Yeni Əhdi və Zəbur kitabını çaya atan yeniyetmələri müəyyən edib. Onlardan birinin — 10 yaşlı uşağın — anası inzibati məsuliyyətə cəlb olunub.

32gun.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

O qeyd edib ki, hadisə zamanı yeniyetmələr həmyaşıdları ilə birlikdə dini kitaba qarşı hörmətsizlik və xuliqanlıq hərəkəti törədiblər. Hadisə videoya çəkilərək sosial şəbəkələrdə yayılıb.

Məlum olub ki, hadisəyə 10-16 yaş aralığında olan bir neçə yeniyetmə qarışıb. Onlar polis şöbəsinə aparılaraq izahat veriblər.

Biblianı çaya atan 10 yaşlı uşağın anası məsuliyyətə cəlb edilib və inzibati qaydada cərimələnib. İşi yeniyetmələrlə iş üzrə bölmə və ekstremizmlə mübarizə mərkəzinin əməkdaşları araşdırıb.

Ayaz 

Oxşar Xəbərlər