DÜNYA ÖZ XƏBƏR

Belqorod vilayətində İspaniya vətəndaşı olan muzdlu hərbçinin meyiti tapılıb

Rusiya hərbçiləri Belqorod vilayətinin Demidovka kəndi ərazisində Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən ispan muzdlu döyüşçünün meyitini aşkar ediblər.

32gun.az bildirir, bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna tərəfi mart ayında Rusiya sərhədini Sumi istiqamətindən yarmaq cəhdləri zamanı İspaniyadan olan muzdlu döyüşçüləri cəlb edib.

Mayın 25-də Demidovka ərazisində aparılan evakuasiya tədbirləri zamanı NATO standartlı forma geyinmiş, sağ qolunda mavi bağ olan və xarici istehsallı sursatlarla təchiz olunmuş bir şəxsin meyiti tapılıb. Onun üzərindən aşkarlanan sənədlər həmin şəxsin İspaniya Krallığının vətəndaşı olduğunu təsdiqləyib.

Ayaz 

Oxşar Xəbərlər