DÜNYA ÖZ XƏBƏR

İnsanın oğurlanmasında ittiham olunan iki şəxs saxlanılıb - Bu ölkədə

Moskvada bu ilin fevralında baş vermiş insan oğurluğu hadisəsi ilə bağlı iki nəfər məhkəmə qarşısına çıxarılacaq.

32gun.az xəbər verir ki, bu barədə paytaxtın İstintaq Komitəsinin Baş İdarəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, 4 fevral tarixində Kastalnayevskaya küçəsində yerləşən yaşayış binası yaxınlığında bir neçə kişi ilə aralarında yaranan münaqişə zamanı təqsirləndirilən şəxslər travmatik silahdan atəş açıblar. Daha sonra onlar mübahisə iştirakçılarından birini zorla avtomobilə mindirərək Bolşaya Pereyaslavskaya küçəsi istiqamətinə aparıblar. Orada həmin şəxsə qarşı zor tətbiq edərək ondan üzr istəməsini tələb ediblər.

Hüquq-mühafizə orqanları tərəfindən şübhəlilər tez bir zamanda saxlanılıb. Onlara qarşı insan oğurluğu maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs olunublar.

Cinayət işi üzrə materiallar baxılması üçün məhkəməyə göndərilib.

Ayaz 

Oxşar Xəbərlər