DÜNYA ÖZ XƏBƏR

Kiyev-Peçersk Lavra Ukraynanın mədəniyyət nazirinə qarşı Dövlət İstintaq Bürosuna şikayət edib.

Ukraynada Kiyevo-Peçersk Lavrasının nümayəndələri ölkənin Mədəniyyət və Strateji Kommunikasiyalar naziri Nikolay Toçitskiyə qarşı cinayət işi açılması tələbi ilə Dövlət İstintaq Bürosuna (DİB) müraciət ediblər.

32gun.az bildirir ki, bu barədə Ukrayna Pravoslav Kilsəsinin (UPK) maraqlarını müdafiə edən vəkil Nikita Çekman məlumat verib.

Şikayət 26 may tarixində Kiyevdə yerləşən DİB-ə təqdim olunub. Vəkilin sözlərinə görə, lavra nümayəndələri Toçitskinin vəzifədən azad edilməsini tələb edirlər. Onlar bu mövqelərini Kiyevo-Peçersk Lavrası Dövlət Qoruğunun direktoru Maksim Ostapenko ilə bağlanmış müqavilənin birtərəfli ləğvi ilə əsaslandırırlar. Lavra nümayəndələri hesab edirlər ki, Toçitskinin vəzifədən azad edilməsi üçün daha ciddi əsaslar mövcuddur.

Qeyd edək ki, Maksim Ostapenko 21 may tarixində işdən azad edildiyini açıqlayıb. Nazirlik bu qərarı müqavilə öhdəliklərinin lazımi şəkildə yerinə yetirilməməsi ilə əsaslandırıb. Toçitski isə bildirib ki, bu addım, Ostapenkonun Rusiya ilə əlaqəli dini təşkilatların fəaliyyətinin qadağan edilməsi ilə bağlı qanunun icrasında zəif mövqe tutması ilə bağlıdır.

Xatırladaq ki, 2023-cü ilin martında Ukraynanın Mədəniyyət Nazirliyi Kiyevo-Peçersk Lavrası Dövlət Qoruğu ilə eyni adlı monastır arasında bağlanmış icarə müqaviləsini birtərəfli qaydada ləğv edib və monaxlara 29 mart tarixinə qədər lavranı tərk etmələri üçün vaxt verilib.

O vaxtdan bəri, Kiyevo-Peçersk Lavrasının monax və dindarları monastır binalarından çıxarılmaq cəhdləri və Ukrayna Pravoslav Kilsəsinin (UPK) əleyhdarları tərəfindən təzyiqlərlə üzləşirlər.

Ayaz 

Oxşar Xəbərlər