DÜNYA ÖZ XƏBƏR

Qaradağda ağır yol qəzası – iki avtomobil bir-birinə çırpılıb, biri su kanalına aşıb + VİDEO

Bu gün Qaradağ rayonu ərazisində, Lökbatan yolunda iki avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

32gun.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı boz rəngli Mercedes-Benz markalı avtomobil yoldan çıxaraq su kanalına aşıb. Digər nəqliyyat vasitəsi isə zərbənin təsirindən tərs çevrilib.

Hadisə yerindən əldə olunan görüntülərdə avtomobillərin ciddi şəkildə zədələndiyi görünür. Əraziyə dərhal FHN və təcili tibbi yardım briqadaları cəlb olunub. İlkin məlumatlara əsasən, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Qəzanın başvermə səbəbləri araşdırılır. İlkin ehtimallara görə, hadisəyə yüksək sürət və ya yol hərəkəti qaydalarının pozulması səbəb ola bilər.

Faktla bağlı araşdırma aparılır. 

Ayaz 

.

.

.

.

.

Oxşar Xəbərlər