Zelenodolsk şəhərində Volqa çayında motorlu qayıq qəzası baş verib.
32gun.az bildirir ki, bu barədə “Tatar-Inform” portalının məlumat verib.
Məlumata görə, qayıqda olan kişi, qadın və 11 yaşlı qız suya düşüb.
Hadisə şahidlərinin müdaxiləsi nəticəsində onların həyatını xilas etmək mümkün olub. Azyaşlıya tibbi yardım göstərilib, onda beyin silkələnməsi aşkarlanıb və hazırda ambulator müalicə alır. İlkin versiyaya əsasən, qəzaya su təhlükəsizliyi qaydalarının pozulması səbəb olub.
Ayaz