DÜNYA ÖZ XƏBƏR

Alimlər pişiklərin erkən sterilizasiyasının piylənmə ilə əlaqəsini təkzib etdilər

Bristol Universitetinin alimləri erkən sterilizasiyanın pişiklərin piylənməsinə səbəb olduğu barədə geniş yayılmış fikri təkzib ediblər. 32gun.az bildirir ki, nəticələr Veterinary Record elmi jurnalında dərc olunub.

Tədqiqatda Bristol Cats adlı uzunmüddətli layihənin məlumatlarından istifadə edilib. Layihə pişiklərin həyat boyu sağlamlığını izləyir. Alimlər müxtəlif yaşlarda sterilizə olunan pişiklərin çəkisini və bədən vəziyyətini müqayisə ediblər.

2000-dən çox klinik hadisənin analizi göstərib ki, dörd aylıq sterilizə olunan pişiklər ənənəvi altı aylıq sterilizasiya keçənlərdən daha çox piylənməyə meylli deyillər.

Həmçinin məlum olub ki, erkəklər dişilərdən hər yaşda daha ağırdır, dişilərin çəkisi mövsümə görə dəyişir (yay və payızda azalır), xəz uzunluğu isə bədən vəziyyətinin görünüşünə təsir göstərir, amma real çəkini dəyişmir.

Tədqiqat rəhbəri, doktor Emili Blekvel bildirib: “Məlumatlarımız erkən sterilizasiyanın təhlükəsizliyini təsdiqləyir ki, bu da evsiz heyvanların sayının azaldılması üçün vacibdir.”

Veterinar mütəxəssislər qeyd edirlər ki, sterilizasiyanın dörd aylıq yaşa keçirilməsi istənməyən bala sayını azaldacaq, evsiz pişiklərin sayını azaltmağa kömək edəcək və klinikaların yüklənməsini optimallaşdıracaq.

Ayaz 

Oxşar Xəbərlər