ABŞ Prezidenti Donald Tramp Polşanın yeni Prezidenti Karol Navrotski ilə məhsuldar iş birliyinə hazırdır.
32gun.az bildirir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Karolin Livitt TASS-a məlumat verib.
Livitt bildirib: “Prezident Tramp əlbəttə ki, Polşada seçkilərin nəticələrindən məmnundur. Bildiyiniz kimi, ABŞ və Polşa arasında hər zaman çox dərin və möhkəm dostluq münasibətləri olub. Polşa əla müttəfiqdir. Mən bilirəm ki, prezident onunla işləməyi səbirsizliklə gözləyir.”
Ağ Evin mətbuat katibinin sözlərinə görə, Navrotski “sağduyu və möhkəm sərhədləri” dəstəkləyir.
Ayaz