DÜNYA ÖZ XƏBƏR

Sərxoş kişi mağazanı dağıdıb satıcıya hücum etdi

Çernoqorskda sərxoş vəziyyətdə mağazaya daxil olub dağıntı törədən və satıcıya hücum edən 47 yaşlı yerli sakinin işi məhkəməyə göndərilib.

32gun.az bildirir ki, bu barədə Xakasiya Respublikasının Daxili İşlər İdarəsinin yaydığı məlumat yayıb. 

Hadisə mart ayında baş verib. Sərxoş kişi ərzaq mağazasına girərək vitrinləri dağıdıb, məhsulları yerə atmağa başlayıb. Satıcı onu sakitləşdirməyə çalışsa da, kişi qadına hücum edərək döyüb. Satıcı həyəcan düyməsini basmağa müvəffəq olub, müştərilər isə dərhal polisə xəbər veriblər. Hadisə yerinə gələnədək hücum edən şəxs qaçıb.

Polis onu tez bir zamanda müəyyənləşdirib – məlum olub ki, o, əvvəllər məhkum olunmuş 47 yaşlı yerli sakin olub. Dindirilmə zamanı kişi içkili olduğu üçün heç nə xatırlamadığını deyib. Onun barəsində cinayət işi başlanıb. Təqsiri sübuta yetirilərsə, onu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, bundan əvvəl Sverdlovsk vilayətində kişi çörəkbişirmə sexini dağıtdığı və yanğın törətməyə cəhd etdiyi üçün saxlanılmışdı.

Ayxan 

Oxşar Xəbərlər