BMW sahibi ilə görüşə gələn şəxs onu bıçaqlayaraq maşını oğurlamağa cəhd edib – 13 il azadlıqdan məhrum edildi
Kemerovo vilayətindən olan 29 yaşlı Valeriy Purtov BMW markalı avtomobilin sahibinə hücum edərək onu oğurlamağa cəhd etdiyi üçün 13 il müddətinə azadlıqdan məhrum edilib.
32gun.az xəbər verir ki, bu barədə Novosibirsk vilayəti üzrə İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə 2023-cü ilin yanvarında, 9 milyon rubl dəyərində qiymətləndirilən BMW-nin satışı zamanı baş verib. Valeriy Purtov avtomobilin sahibi ilə görüşə gələrək, oğurluq niyyəti ilə onun maşınına əyləşib və sürücüyə çoxsaylı bıçaq zərbələri endirib. Nəticədə avtomobil sahibi ağır bədən xəsarətləri alıb, hətta onun bir gözü çıxarılıb. Lakin o, müqavimət göstərə bilib və avtomobili orada qoyaraq hadisə yerindən qaçıb.
Purtov zərərçəkənin mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb, lakin isti izlərlə saxlanılıb. Məhkəmə istintaqı nəticəsində onun təqsiri sübuta yetirilib və Novosibirskdəki Dəmir Yolu Rayon Məhkəməsi onu üç maddə üzrə təqsirli bilərək 13 il müddətinə ciddi rejimli koloniyada cəza çəkməyə, əlavə olaraq isə 1,5 il müddətində azadlığın məhdudlaşdırılması ilə cəzalandırıb.