Astraxan vilayətinin Volodarski qəsəbəsində birinci sinif şagirdi sahibsiz itlərin hücumuna məruz qalıb.
32gun.az bildirir ki, hadisə barədə "Pro Volodarski" Telegram kanalında məlumat verilib.
Yaralanan uşağın qohumu hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, azyaşlı küçədə gedərkən üç it onun arxasınca düşüb. Uşaq yıxıldıqdan sonra itlər ona hücum edərək dişləməyə başlayıblar.
Hadisə şahidlərinin köməyi ilə uşaq xilas edilib. O, dərhal tibbi yardıma ehtiyac duyub, həkimlər dərin yara izlərinə tikiş qoymalı olublar. Hücumdan sonra uşaq küçəyə çıxmaqdan qorxur. Ailənin hüquq-mühafizə orqanlarına müraciət edib-etmədiyi məlum deyil.
Ayaz