Qazaxıstan səmasında parlaq işıq saçmaları müşahidə olunub
32gun.az bildirir ki, bu barədə «Strana.ua» Telegram kanalı məlumat yayıb.
Qazaxıstan Müdafiə Nazirliyi hadisəyə münasibət bildirib və ölkənin hava məkanının pozulması ilə bağlı heç bir faktın qeydə alınmadığını vurğulayıb.
“Çox güman ki, bu hadisə Yer atmosferinə daxil olan kosmik obyektlərin qalıqları və ya meteor yağışı ilə əlaqədardır. Adətən belə obyektlər atmosferin sıx qatlarında tam yanaraq Yer səthinə çatmır”, – deyə nazirlikdən bildirilib.
Hərbçilər Qazaxıstan sakinlərini təmkinli olmağa və təsdiqlənməmiş məlumatların yayılmamasına çağırıblar.
Qeyd olunur ki, oxşar mənzərə Rusiya və Qırğızıstan səmasında da müşahidə edilib.
Ayaz