Tovuzda anasını balta ilə öldürən şəxs sabiq məmurun oğlu imiş
Tovuzda 31 yaşlı Kainat Namazovun anası və bacısını baltalayaraq evini yandırmasının təfərrüatı məlum olub.
"32gun.az" Oxu.az-a istinadən xəbər verir ki, ailə başçısı Elbrus Namazov uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsində məsul vəzifələrdə çalışıb.
Bir müddət əvvəl E.Namazov infarktdan dünyasını dəyişib. Təxminən, 10 gün əvvəl onun 40 mərasimi keçirilib. Anadangəlmə ruhi əsəb xəstəsi olan Kainat Namazov atasının ölümünə qədər sakit təbiətli olub. Ancaq yas mərasimindən sonra aqressivləşməyə başlayıb və bir neçə dəfə evdə yersiz mübahisələr yaradıb.
İyunun 6-da günorta saatlarında K.Namazov növbəti dəfə anası Sevinc Namazova ilə mübahisə edib. Mübahisə sakitləşəndən bir saat sonra K.Namazov qəflətən həyətdəki, içərisində tezalışan maddə olan qabı götürərək evə daxil olub və mənzilə daxildən od vurub. Anası və bacısı Kainata mane olmaq istəsələr də, alınmayıb. O, həyətdəki yarımtikilidən baltanı götürüb evə girərək yanğını söndürməyə çalışan anası və bacısına baş nahiyələrindən ardıcıl zərbələr endirib.
Evin yandığını görən qonşular hadisə yerinə gələrək K.Namazovun əlindən baltanı alıb, onu zərərsizləşdiriblər.
***15:55
Tovuzda baş verən mübahisə qanla bitib.
"Unikal"ın məlumatına görə, ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov mübahisə zamanı anası 55 yaşlı Sevinc Həsənova və bacısı 25 yaşlı A.Namazovanı batlalayıb. Nəticədə ana ölüb, bacısı isə ağır xəsaərt alaraq xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən K.Namazov saxlanılıb.
Fakt araşdırılır.
***15:19
Tovuzda yanğın hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayon ərazində qeydə alınıb. Belə ki, rayonda yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın olub. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər gedir.
Məlumata görə, evi ailə üzvülərinindən biri mübahisə zamanı yandırıb.
Faktla bağlı araşdırma aparılır.