DÜNYA ÖZ XƏBƏR

Gənclər marşrut avtobusuna atəş açmaqda şübhəli bilinir

Ulan-Udenin Dəmir Yolu rayonunda iki 18 yaşlı gəncin marşrut avtobusuna pnevmatik tüfənglə atəş açdığı ehtimal olunur.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Buryatiya prokurorluğunun məlumat verib. 

İlkin məlumata əsasən, axşam saatlarında çoxmərtəbəli yaşayış binasının eyvanına çıxan gənclər pnevmatik tüfəngdən atəş açıblar. Nəticədə marşrut avtobusunun şüşəsinə və qonşu binadakı mənzilin pəncərəsinə ziyan dəyib. Hadisə zamanı xəsarət alanlarla bağlı məlumat verilməyib.

Faktla bağlı hər iki şəxs barəsində odlu silah tətbiq edilməklə xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Onların hər ikisi hazırda həbsdədir.

Ayaz 

Oxşar Xəbərlər