DÜNYA ÖZ XƏBƏR

ABŞ-ın immiqrasiya reydlərinə qarşı etirazlar Texasa da yayılıb

ABŞ -da immiqrasiya reydlərinə qarşı Texas ştatında etirazlar başlayıb.

32gun.az bildirir ki, bu barədə ştatın qubernatoru Qreq Ebbot sosial şəbəkədə məlumat verib.

"Ondan çox etirazçı Austin Polis Departamenti və Texas İctimai Təhlükəsizlik Departamenti tərəfindən Ostində həbs edildi. Dinc etiraz qanunidir. Lakin siz sərhədi keçəndən sonra həbs olunacaqsınız" deyə o yazıb.

Los-Ancelesdə ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin basqınları nəticəsində yaranan etirazlar iyunun 6-da başlayıb və bu günə kimi davam edir.

ABŞ prezidenti Donald Trampın Kaliforniya qubernatoru Gavin Newsomun çağırışlarına baxmayaraq etirazları dağıtmaq üçün şəhərə 2000 Milli Qvardiya əsgəri göndərmək qərarına gəlməsindən sonra iğtişaşlar şəhərətrafı qəsəbələrdən şəhər mərkəzinə yayılıb .

İyunun 10-da məlum olub ki, Kaliforniya ştatı və onun qubernatoru ABŞ prezidentinə qarşı ştatda Milli Qvardiya qoşunlarının yerləşdirilməsi ilə bağlı iddia qaldırıb.

Ayaz 

Oxşar Xəbərlər