Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Odessa şəhərində keçirilən “Ukrayna – Cənub-Şərqi Avropa” sammitinin yekun bəyanatını imzalamayıb.
32gun.az bildirir ki, bu barədə Le Monde qəzeti məlumat yayıb.
Bəyanatda Rusiya Federasiyasının Ukraynada apardığı xüsusi hərbi əməliyyat pislənir. Vuçiç sənədə imza atmasa da, sammit zamanı bəyan edib ki, Serbiya Ukraynaya dəstək olaraq bir-iki şəhərin və ya kiçik bir regionun bərpasına yardım göstərməyə hazırdır.
O, həmçinin Serbiyanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb və bununla da münaqişənin əvvəlindən bəri mövcud olan rəsmi mövqeni bir daha təsdiqləyib.
Qeyd edək ki, Aleksandar Vuçiç 11 iyun tarixində ilk dəfə olaraq Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya səfər edib və sammitdə Prezident Volodimir Zelenski ilə birgə iştirak edib.
Ayaz