ABŞ prezidenti Donald Tramp İsrailin İrana hərbi zərbə endirməsinin qaçılmaz olduğunu düşünmədiyini bildirib.
32gun.az bildirir ki, o jurnalistlərə açıqlamasında deyib.
Bununla belə, o, belə bir ssenarinin mümkün olduğunu istisna etməyib.
Tramp qeyd edib ki, Tehran nüvə silahına sahib olmamalıdır. Digər tərəfdən isə ABŞ lideri İranın uğurlu bir ölkə olmasını istədiyini və buna dəstək verməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Vaşinqton Tehranla ticarət əlaqələri qurmaq potensialına malikdir.
"Bu (İsrailin zərbəsi – red.) qaçılmazdır demək istəmirəm, amma görünür ki, bu, baş verə bilər", – deyə Tramp vurğulayıb.
Son günlər ABC News, CBS və digər KİV-lər İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamağa hazır olduğunu yazıblar. The New York Times isə Tehranın belə bir halda cavab planı hazırladığını qeyd edib. Plana əsasən, yəhudi dövlətinə 100-dən çox ballistik raket atılması nəzərdə tutulur.
İranın Təhlükəsizlik Şurası İsrail hücum etdiyi təqdirdə, bu ölkənin gizli nüvə obyektlərinə zərbə endirə biləcəklərini bəyan edib.
Ayxan