DÜNYA ÖZ XƏBƏR

Krasnodarda keçmiş dəri məmulatları zavodunun binasında yanğın baş verib

Rusiyanın Krasnodar şəhərində tərk edilmiş binada yanğın başlayıb.

32gun.az xəbər verir ki, bu barədə məlumatı Krasnodar diyarının Fövqəladə Hallar üzrə Baş İdarəsi yayıb.

Məlumata görə, hadisə şəhərin Sənaye küçəsində yerləşən, vaxtilə dəri məmulatları zavodu kimi fəaliyyət göstərmiş binada baş verib.

“Müəyyən olunub ki, tərk edilmiş binada yanğın olub. Yanğının sahəsi 250 kvadratmetr təşkil edir”, – deyə rəsmi açıqlamada bildirilib.

Qurum əlavə edib ki, hadisə yerinə artıq yanğınsöndürənlər cəlb olunub və işlər davam etdirilir.

Ayxan 

Oxşar Xəbərlər