DÜNYA ÖZ XƏBƏR

İranın raket zərbəsi Təl-Əvivdəki Kirya hökumət kompleksinə dəyib

İranın cavab raket zərbələri nəticəsində Təl-Əvivdə yerləşən Kirya hökumət binaları kompleksi zədələnib.

32gun.az xəbər verir ki, bu barədə “Rossiya 24” telekanalının Yaxın Şərq üzrə müxbiri Aleksandr Bilibov məlumat verib.

Jurnalist bildirib ki, Kirya – İsrailin siyasi və hərbi rəhbərliyinin qərargahı kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyinin binasına da bir neçə raket birbaşa dəyib.

Qeyd olunub ki, İran iyunun 13-də İsrailin İrana qarşı həyata keçirdiyi aviazərbələrə cavab olaraq hücuma keçib. Hədəflərdən biri İsrail ordusunun Baş Qərargahının yerləşdiyi bina olub.

“Rossiya 24”ün digər müxbiri Sergey Paşkov da bu məlumatı təsdiqləyib və Təl-Əviv üzərində partlayış səslərinin eşidildiyini bildirib. Sosial şəbəkələrdə hücum anına dair görüntülər yayılmaqdadır.

Ayaz 

Oxşar Xəbərlər