DÜNYA ÖZ XƏBƏR

Küril adaları yaxınlığında 6,5 bal gücündə zəlzələ baş verib

Küril adaları bölgəsində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.

32gun.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar iyunun 13-ü axşam saatlarında Kurilsk şəhərindən 443 kilometr məsafədə qeydə alınıb. Şəhərdə təxminən 1600 nəfər yaşayır. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib.

RIA Novosti yazır ki, hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, iki gün əvvəl Saxalinin şimalında da 2,9 və 3,2 bal gücündə zəif yeraltı təkanlar baş vermişdi. Həmin hallarda da dağıntı və xəsarət qeydə alınmamışdı.

Ayaz 

Oxşar Xəbərlər