DÜNYA ÖZ XƏBƏR

İran İsrailə qarşı üçüncü raket hücumu dalğasına başladı

İran İsrail ərazisinə qarşı üçüncü raket hücumu mərhələsinə start verib.

32gun.az xəbər verir ki,  bu barədə İranın rəsmi IRIB tele-radio şirkəti öz Telegram kanalında məlumat yayıb.

“İranın üçüncü raket hücumu dalğası başlayır”, – deyə açıqlamada bildirilib.

Bundan əvvəl, İsrailin "13-cü kanal"ı xəbər vermişdi ki, İrana məxsus ballistik raket Təl-Əvivdə yerləşən Müdafiə Nazirliyinin – Kirya kompleksindəki qərargah binasına düşüb. Eyni zamanda, İranın IRNA agentliyi bir neçə raketin İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasına dəydiyini bildirib.

Xatırladaq ki, iyunun 13-də İsrail Tehranda SEPAH-ın qərargahına və İranın nüvə proqramına aid əsas obyektlərə zərbələr endirib. Hücum nəticəsində SEPAH komandanı Hüseyn Salami və bir neçə nüvə alimi öldürülüb. Baş nazir Benyamin Netanyahu hücumun İranın nüvə infrastrukturuna qarşı yönəldiyini rəsmən təsdiqləyib.

Ayaz 

Oxşar Xəbərlər