DÜNYA ÖZ XƏBƏR

Xəstəxananın tavanı çökdü – güclü yağış səbəbindən

Dağıstanın Kaspiysk şəhərində yerləşən Mərkəzi Xəstəxanada tavan çöküb.

32gun.az xəbər verir ki, bu barədə məlumatı Mash Gor Telegram kanalı yayıb.

Məlumata görə, güclü leysan yağışları və dam örtüyündə aparılan təmir işləri səbəbindən xəstəxananın binasını su basıb, elektrik enerjisi kəsilib. Həkimlər avadanlıqları qorumaq üçün təcili tədbirlər görüblər – rentgen aparatı polietilen örtüklə sarınıb ki, su ona zərər yetirməsin.

Hadisə nəticəsində xəstəxananın bəzi şöbələrində fəaliyyət müvəqqəti dayandırılıb. Lakin zərər görməyən bölmələrdə xəstə qəbulu adi rejimdə davam edir.

Xəstəxana rəhbərliyi zərər çəkmiş binanın nə vaxt bərpa ediləcəyi ilə bağlı dəqiq məlumat verə bilməyib.

Nilay 

 

Oxşar Xəbərlər