DÜNYA ÖZ XƏBƏR

WhatsApp-da ödənişli reklam və kanalların monetizasiyası başlayır

Meta şirkətinə məxsus olan WhatsApp messencerində ilk dəfə olaraq ödənişli reklam və kanalların monetizasiyası tətbiq olunacaq.

32gun.az xəbər verir ki, bu barədə tətbiqin tərtibatçıları rəsmi press-relizdə məlumat veriblər.

Yeni yeniliklər çərçivəsində üç əsas funksiya təqdim olunub: kanallar üçün ödənişli abunəlik, adminlər üçün tanıtım alətləri, eləcə də status bölməsində reklam yerləşdirmək imkanı. Reklam vasitəsilə şirkətlər məhsullarını təklif edə və istifadəçilərlə birbaşa ünsiyyət qura biləcəklər.

"Biz kanal adminlərinə, təşkilatlara və şirkətlərə WhatsApp üzərindən inkişaf etməyə kömək etmək istəyirik. Sevdiyiniz kanallara aylıq ödənişli abunəliklər əldə etməklə onların müəlliflərini dəstəkləyə və eksklüziv yeniliklərə sahib ola bilərsiniz," – deyə press-relizdə qeyd olunub.

Bu funksiyalar yalnız "Aktuallar" (Statuslar) bölməsində əlçatan olacaq, şəxsi yazışmalara təsir etməyəcək. WhatsApp komandası vurğulayıb ki, messenceri sadəcə dost və yaxınlarla ünsiyyət üçün istifadə edənlər üçün heç nə dəyişməyəcək.

Ayaz 

Oxşar Xəbərlər