SOSIAL ÖZ XƏBƏR

"CİNEMA PLAZA" MMC-yə qarşı maliyyə sanksiyası tətbiq edildi- Sahibi görün kim imiş

“CİNEMA PLAZA” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Operativ vergi nəzarəti çərçivəsində tərtib edilmiş AKT-a əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Qeyd edək ki, şirkətin vergi borcu az miqdarda – 1303.12 manat təşkil edir. Hüquqi ünvanı 20 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçən MMC-nin qanuni təmsilçisi Nəsimi Tağıyev Vaqif oğludur.

Xatırladaq ki, 2024-cü ilin avqustunda “Cinema Plaza” MMC tərəfindən əmək hüquqlarının pozulması faktı üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılmışdı. Müəyyən olunmuşdu ki, şirkət əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi işə cəlb edib.

Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən MMC-yə 20 min manat, Cəmiyyətin direktoru Nəsimi Tağıyevə isə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 4 min manat cərimə tətbiq olunmuşdu.

Ayaz 

Oxşar Xəbərlər