DÜNYA ÖZ XƏBƏR

"Tarixi tədbirə bütün həmşəhərlilərimizi dəvət edirik" - Fırat Görgel

Kahramanmaraş Böyükşəhər Bələdiyyə sədri Fırat Görgel Azərbaycan məhəlləsində aparılan tikinti və bərpa işlərini yerindəcə araşdırıb.

32gun.az xəbər verir ki, o, 19 iyun tarixində keçiriləcək önəmli tədbirlə bağlı açıqlama verib.

“19 iyun cümə axşamı günü Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Azərbaycan məhəlləsində zəlzələ bölgəsindəki 250 mininci mənzilin açar təhvili və püşkatma mərasimini keçirəcəyik. Bu tarixi proqramda bütün həmşəhərlilərimizi görməkdən məmnun olarıq”, – deyə Fırat Görgel bildirib.

Ayaz 

Oxşar Xəbərlər