Putin: Ayətullah Xameneinin aradan götürülməsi ssenarisini müzakirə etmək də istəmirəm
Rusiya Prezidenti Vladimir Putin İranın ali lideri Ayətullah Əli Xameneinin mümkün şəkildə aradan götürülməsi ilə bağlı ssenarini qəti şəkildə müzakirə etməkdən imtina edib.
32gun.az bildirir ki, bu barədə dövlət başçısı xarici jurnalistlərlə görüşündə bildirib. Görüşün yayımı “Smotrim” platformasında təqdim olunub.
“Mən belə bir ehtimalı müzakirə etmək istəmirəm. Heç istəmirəm. Bu, ən doğru cavab olacaq,” – deyə Putin müvafiq suala cavabında bildirib.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail “Qalxan şir” adlı əməliyyata başlayaraq İranın nüvə və hərbi obyektlərinə zərbələr endirib. Buna cavab olaraq İran “Doğru vəd – 3” adlı əməliyyata start verərək İsrailin hərbi hədəflərinə zərbələr endirir.
Hər iki ölkədə hücumlar nəticəsində onlarla insan xəsarət alıb. İran və İsrail bir-birini qarşılıqlı olaraq hədəf almaqda davam edir.
Rusiya İsrail Müdafiə Qüvvələrinin (CAXAL) hücumlarını qınayaraq onları tamamilə qəbuledilməz adlandırıb. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, İran bu vəziyyətdə özünü müdafiə hüququ çərçivəsində hərəkət edir.
Ayaz