DÜNYA ÖZ XƏBƏR

Gənc oğlan şəhəri gəzmək üçün bir gecədə üç avtomobil oğurlayıb

Rusiyanın Omsk şəhərində, Oktyabr rayonunda polis əməkdaşları bir gecədə üç avtomobil oğurlayan 18 yaşlı gənci saxlayıblar.

32gun.az bildirir ki, bu barədə vilayət Daxili İşlər İdarəsi məlumat yayıb.

İlkin olaraq VAZ-21101 markalı avtomobilin sahibi hüquq-mühafizə orqanlarına müraciət edib. O bildirib ki, avtomobili oğurlayan şəxsi təqib etməyə çalışsa da, gənc bir neçə dayanmış maşına zərər vuraraq qaçmağı bacarıb. O, nəhayət, yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin gecə o, daha iki "Jiquli" markalı avtomobili də oğurlayıb. Avtomobilləri şüşəni sındıraraq və naqilləri qısaqapanma ilə birləşdirərək işə salan gənc, maşınları yaşayış binalarının həyətlərində tərk edib. O, ifadəsində bildirdiyinə görə, sadəcə "şəhərdə gəzmək" istəyib.

Oxşar hadisə bir müddət əvvəl Krımda da baş verib. Belə ki, 82 yaşlı kişi qonşusundan maşını başqa yerə sürməsini xahiş edib. Tanışı isə avtomobili götürərək naməlum istiqamətə gedib. Yolda başqa bir avtomobillə toqquşan sürücü daha sonra saxlanılıb. Hər iki faktla bağlı cinayət işi açılıb.

Ayaz 

Oxşar Xəbərlər