DÜNYA ÖZ XƏBƏR

Şukin adına Teatr İnstitutunda yanğın baş verib

Moskvada Boris Şukin adına Teatr İnstitutunun binasında yanğın olub.

32gun.az bildirir ki, bu barədə TASS təcili xidmətlərə istinadən məlumat yayıb.

Hadisə Böyük Nikolopeskovski döngəsində yerləşən institut binasında qeydə alınıb. İlkin məlumata görə, yanğın altıncı mərtəbədə yerləşən kitabxanada başlayıb.

32gun.az RIA Novosti-yə istinadən bildirir ki, yanğın qısa müddətdə lokallaşdırılıb. Binanı 38 nəfər müstəqil şəkildə tərk edib. İnstitutun rektoru Yevgeni Kniazev yanğında xəsarət alan olmadığını açıqlayıb.

Qeyd edək ki, bir gün əvvəl Moskvada “Metropolis” ticarət mərkəzində də yanğın baş vermişdi. İlkin məlumatlara əsasən, alov MTS şirkətinə məxsus server otağında, -1-ci mərtəbədə başlayıb. Hadisə zamanı 30 nəfər təxliyə edilib. Fövqəladə xidmətlər ərazidə işləyib. Həmin mərkəzdə 8 iyun tarixində də təxliyə aparıldığı bildirilib.

Ayaz 

Oxşar Xəbərlər