SOSIAL ÖZ XƏBƏR

"AZPREMIUMQIDA" MMC dövlətdən pul gizlətmək istədi - cərimələndi 

"AZPREMIUMQIDA" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində operativ vergi nəzarəti çərçivəsində maliyyə sanksiyaları tətbiq olunub.

"32gun.az" xəbər verir ki, aparılan yoxlamalar zamanı pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, eləcə də malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura olmadan alınması halları müəyyən edilib.

Bu səbəbdən şirkətə 104.78 manat4160.43 manat olmaqla, ümumilikdə 4265.21 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Qeyd edək ki, cəmiyyətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Seymur Bayramov Firudin oğludur.

Ayaz

Oxşar Xəbərlər