Tayvanın Taybey şəhər məhkəməsi Sinqapur vətəndaşı olan 30 yaşlı Kassandra Lounu tanınmış müğənni Oliviya Tsaoya qarşı təqib və hədələrə görə 6 ay müddətinə azadlıqdan məhrum edib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə materiallarına əsasən, Kassandra Loun uzun müddət müğənninin pərəstişkarı olub, onunla elektron poçt və sosial şəbəkələr vasitəsilə ünsiyyət saxlayıb. Lakin Tsao onu blokladıqdan sonra qadın sosial mediada təkcə müğənnini deyil, həm də onun ailəsini və menecerini təhqir etməyə və hədələməyə başlayıb.
Hadisənin kulminasiya nöqtəsi 2025-ci ilin fevralında yaşanıb. Belə ki, Loun müğənninin Banqiao dəmiryolu vağzalına getdiyini öyrənərək onun ardınca ora yollanıb və orada Tsaonun çamadanı və telefonunu zorla əlində saxlayaraq onu sosial şəbəkələrdə yenidən blokdan çıxarmağı tələb edib.
Qeyd edək ki, Oliviya Tsao daha əvvəl bəzi fanatların təqibindən narahat olduğunu bildirsə də, konkret ad çəkməmişdi.
Nilay