ABŞ Prezidenti Donald Tramp İranla bağlı məsələlərin müzakirə olunduğu milli təhlükəsizlik müşavirəsinə Ağ Evdə başçılıq edib.
32gun.az xəbər verir ki, bu barədə "Al Arabia" ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff iranlılarla birbaşa və dolayı yolla daimi əlaqə saxlayır. Qətər isə tərəflər arasında vasitəçi rolunu oynayır.
Bundan əvvəl "The Wall Street Journal" nəşri Trampın gizli şəkildə İrana hücum planlarını təsdiqlədiyini yazmışdı. Məlumata görə, bu, iyunun 17-də axşam saatlarında baş verib və Prezident məsələ ilə bağlı yüksək vəzifəli köməkçiləri ilə danışıb. Tramp bildirib ki, hələlik yekun göstərişi verməyə tələsmir və İranın nüvə proqramından imtina edib-etməyəcəyini gözləmək istəyir.
ABŞ lideri isə özünün "Truth Social" hesabında "The Wall Street Journal"ın onun İranla bağlı fikirlərini bilmədiyini açıqlayıb.
Ayaz