DÜNYA
İsrail İsfahandakı nüvə obyektinə hücum etdi – İran sızma olmadığını bildirir
İsrail İsfahan şəhərində yerləşən Nüvə Texnologiyaları Mərkəzinə zərbə endirib.
32gun.az xəbər verir ki, bu barədə məlumatı İranın yarırəsmi Fars agentliyi yayıb. Məlumata görə, hücum nəticəsində obyektə ziyan dəysə də, radioaktiv və ya digər təhlükəli materialların sızması qeydə alınmayıb.
Qeyd edək ki, İsfahan İranın ən böyük nüvə tədqiqat mərkəzlərindən biridir və burada əsasən uranın çevrilməsi üzrə mühüm işlər həyata keçirilir.
Bu hücum bölgədə onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirib. İran tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.
Nilay