Ermənistanın baş naziri Nikol Paşinyan “Zəngəzur dəhlizi” anlayışının gündəmdə olmadığını, əvəzində “Sülh yollarının kəsişməsi” adlı yeni modelin təklif edildiyini bildirib.
32gun.az xəbər verir ki, Türkiyədəki erməni icması ilə görüşdə çıxış edən Paşinyan bu təşəbbüsün qarşılıqlı hörmət, suverenlik və yurisdiksiya prinsiplərinə əsaslandığını deyib.
“Türkiyə də, biz də sərhədlərin açılmasını və yeni kommunikasiya marşrutlarının qurulmasını istəyirik. Gəlin regiondan sülh yolu ilə keçilsin, bu pisdir?” – deyə o əlavə edib.
Ayaz