DÜNYA ÖZ XƏBƏR

Alman siyasətçiləri Merzdən Almaniya prokurorluğuna şikayət edir

Təxminən 20 alman siyasətçisi və mədəniyyət xadimi Almaniya kansleri Fridrix Mers barəsində prokurorluğa şikayət ərizəsi təqdim edib.

32gun.az xəbər verir ki, bu barədə Berliner Zeitung nəşri məlumat yayıb.

Şikayətə səbəb Mersin Kanadada keçirilən G7 sammiti zamanı Yaxın Şərqdəki münaqişə ilə bağlı səsləndirdiyi fikirlər olub. Belə ki, Mers bildirib: “Bu, İsrailin hamımız üçün gördüyü çirkli işdir.” Tənqidçilər isə bu ifadəni qeyri-insani adlandırıblar.

Məlumata görə, müraciətə musiqiçilər, publisistlər və digər mədəniyyət xadimləri daxil olmaqla 20 nəfər imza atıb. Şikayət həm Federal Prokurorluğa, həm də Berlin Prokurorluğuna təqdim edilib. Mers sülh içində birgəyaşayış prinsipini pozmaqda və nasistlərin ritorikasını xatırladan ifadələr işlətməkdə ittiham olunur.

Şikayət müəllifləri arqument kimi tarixi bir faktı da xatırladıblar: 1942-ci ildə SS zabiti Auqust Hefner 48 saat ərzində Babin Yarda 34 min yəhudinin qətliamını eyni cür – “çirkli iş” ifadəsi ilə əsaslandırmışdı.

Xatırladaq ki, bir gün öncə Venesuela prezidenti Nikolas Maduro da İsrailin baş naziri Benyamin Netanyahunu sərt tənqid etmiş və onu “Hitler sayıqlamaları” ilə ittiham edərək dünya liderlərini – Rusiya, Misir, Türkiyə, Çin və Səudiyyə Ərəbistanının başçılarını bu “dəliyi” dayandırmağa çağırmışdı.

Ayaz 

Oxşar Xəbərlər