
Leonardo Di Kaprionun sevgilisi Vittoriya Çeretti Vogue-un yeni üz qabığında yer aldı
Dünyaca məşhur model, aktyor Leonardo Di Kaprionun sevgilisi Vittoriya Çeretti Vogue jurnalının yeni sayının üz qabığında yer alıb.
32gun.az bildirir ki, O, çəkilişdən olan fotonuı öz Instagram səhifəsində paylaşıb.
Çeretti fotolarda qolsuz, bədənə oturan qara don, uyğun rəngli mulyi ayaqqabılar və atlas lentli şlyapa ilə poz verib. Digər fotolarda isə o, yaşıl don, ağ-qara mini-don və dəri köynəkdə görünüb. Çəkilişin stilisti Keti Burnett, fotoqrafı isə Karlin Ceykobs olub.
Qeyd edək ki, Leonardo Di Kaprio uzun müddətdir Vittoriya Çeretti ilə münasibətdədir. Mart ayında model ilk dəfə bu münasibət barədə danışaraq sevgilisinin adını çəkməkdən imtina etmişdi. Onun sözlərinə görə, cütlük Milanda tanış olub. Çeretti şəxsi həyatının detalları ilə gündəmə gəlmək istəmədiyini və qadınların daim "kiminsə sevgilisi" kimi təqdim olunmasından narahat olduğunu vurğulayıb.
Bundan əvvəl Radar Online nəşri insayderlərə istinadən yazmışdı ki, Di Kaprio modelə Brədli Kuperə inad olaraq tezliklə evlənməyi planlaşdırır.
Nilay