DÜNYA ÖZ XƏBƏR

Güclü zəlzələdən sonra Avaça körfəzi sahillərində sunami xəbərdarlığı elan edilib

Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, Kamçatkada baş verən 7,1 bal gücündə zəlzələdən sonra Avaça körfəzinin sahilboyu ərazilərində sunami təhlükəsi elan edilib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir, bölgədə “şərtsiz sunami həyəcanı” elan edilib.

Bundan bir gün əvvəl, 29 iyul tarixində Avrasiyanın ən hündür vulkanı olan Klüçevskaya Sopka aktivləşməyə başlayıb. SHOT Telegram kanalında yayımlanan videoda vulkanın kraterindən qalxan tüstü əks olunub. Mütəxəssislərin bildirdiyinə görə, kraterdə lavanın toplanması müşahidə olunur və bu, yaxın günlərdə püskürmə təhlükəsinin olduğunu göstərir. Bölgədə hava nəqliyyatı üçün narıncı təhlükə səviyyəsi hələ də qüvvədədir, çünki kül buludlarının 10 kilometrədək yayılması ehtimal edilir.

Son 24 saat ərzində Kamçatkada bir neçə yüz yeraltı təkan qeydə alınıb. Bundan əlavə, bir gün öncə, Petropavlovsk-Kamçatsk şəhərindən 99 kilometr aralıda, 52 kilometr dərinlikdə 5,2 bal gücündə daha bir zəlzələ baş verib.

Hazırda Şimal-Kurilskdə əhalinin təxliyəsinə başlanılıb və vəziyyət yerli qurumlar tərəfindən ciddi nəzarətdə saxlanılır.

Ayaz 

Oxşar Xəbərlər