MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Xalq artistlərimizin gənclik fotosu sosial şəbəkələrdə maraq doğurub

Azərbaycanın sevilən sənət adamları – Xalq artistləri Nisə Qasımova və mərhum aktyor Yaşar Nurinin ömrünün gənc çağlarına aid fotosu sosial şəbəkələrdə yayılıb.

32gun.az xəbər verir ki, Arxiv görüntülərdə iki sənətkarın gənc yaşlarında birgə çəkilmiş səmimi və təbii anları əks olunub. Foto qısa müddətdə sosial mediada geniş yayılıb və izləyicilər tərəfindən nostalji hisslərlə qarşılanıb.

Qeyd edək ki, Nisə Qasımova uzun illərdir Azərbaycan səhnəsində müğənni kimi tanınır, Yaşar Nuri isə unudulmaz rolları ilə teatr və televiziya sənətimizdə dərin iz qoyub. Onların gənclik fotosu bir daha bu iki sənətkarın mədəniyyət tariximizdəki əhəmiyyətini xatırladıb.

Nilay 

Oxşar Xəbərlər