SİYASƏT ÖZ XƏBƏR

Ulu öndər Heydər Əliyevin duyğusal çıxışı – “Mən əziyyət çəkmək üçün doğulmuşam”/ VİDEO

Ulu öndər Heydər Əliyevin arxiv görüntülərindən daha  biri yenidən sosial şəbəkələrdə gündəm olub. Kadrlarda onun səsləndirdiyi izləyən hər kəsi duygulandırır

Ümummilli lider sözügedən videoda "Yaşayışım yaxşıdır, ya pisdir. İşim çoxdur, yoruluram da, yorulmuram. Əziyyət çəkirəm, ya çəkmirəm... Çəkməliyəm əziyyət. Mən doğulmuşam bu əziyyət çəkmək üçün. Hər adamın bir taleyi var – bu da mənim taleyimdir".-deyə fikirlərini səsləndirib.

Bu səmimi və məsuliyyət dolu sözlər, Heydər Əliyevin xalqı və dövləti üçün çəkdiyi əziyyətlərin dərinliyini bir daha ortaya qoyur.

Çünki bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər, xüsusilə də torpaqlarımızın işğaldan azad olunması, onun siyasi irsinin bəhrəsi kimi dəyərləndirilir.

Məhz onun layiqli davamçısı, Prezident İlham Əliyev, ulu öndərin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirərək, Qarabağın azadlığına nail oldu.

Bu da Heydər Əliyevin çəkdiyi əziyyətlərin və dövlətə sədaqətinin canlı nəticəsidir.

Aygün İlqarqızı 

-->

Oxşar Xəbərlər