Sosial şəbəkələrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin illər öncə mənəviyyat, dürüstlük və korrupsiya ilə mübarizə haqqında söylədiyi fikirləri əks etdirən arxiv videosu geniş maraq doğurub.
32gun.az yazır ki, videoda ulu öndər deyib:
"Başqasının malını mənimsəyənlərə nifrət etmişəm"
Paylaşılan görüntülərdə Ulu Öndər vəzifə səlahiyyətlərindən kənar istifadə edən və qanunsuz yollarla varlanan şəxslərə qarşı barışmaz mövqeyini qətiyyətlə ifadə edir. Heydər Əliyev çıxışında bu səmimi və kəskin fikirləri səsləndirib:
"Vəzifəsindən sui-istifadə edən, başqasının malını mənimsəyən, cinayət yolu ilə özünə sərvət toplayan adamlara nifrət etmişəm, həmişə onlarla mübarizə aparmışam. Həmişə mənəvi saflığımı qorumuşam, mənəvi saflıq uğrunda mübarizə aparmışam."
Görüntülər qısa zamanda minlərlə istifadəçi tərəfindən bəyənilib və paylaşılıb. İzləyicilər Ümummilli Liderin bu sözlərinin hər zaman aktual olduğunu, dövlət məmuru üçün dürüstlüyün və mənəvi saflığın ən ali prinsip olduğunu vurğulayıblar.
Bu arxiv kadrları bir daha sübut edir ki, Heydər Əliyev nəinki siyasi arenada, həm də mənəvi dəyərlərin qorunmasında xalqı üçün hər zaman bir örnək olub.
Ayaz