MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Bred Pittin rol aldığı bu filmi aktyorun ən çox gəlir gətirən layihəsinə çevrildi

Apple Original Films istehsalı olan “F1” (Formula-1) adlı idman dramı Hollivud ulduzu Bred Pittin karyerasında ən çox gəlir əldə edən film olub.

32gun.az xəbər verir ki, bu barədə Deadline nəşri məlumat yayıb.

Məlumata görə, 23 iyun 2025-ci ildə ABŞ-da nümayişə girən filmin ümumdünya kassa gəliri 546,6 milyon dollar təşkil edir. Rejissor Cozef Kosinskinin ekran işi Pittin daha əvvəlki rekordu – “Dünyalar müharibəsi Z” filmini geridə qoyub. Həmin film dünya üzrə 540 milyon dollar gəlir əldə etmişdi.

“F1” filmi ən çox gəliri Çində əldə edib – 55,1 milyon dollar. Ardınca Böyük Britaniya (28 milyon dollar), Fransa (26,7 milyon dollar), Cənubi Koreya (24 milyon dollar) və Meksika (19,3 milyon dollar) gəlir sırasındadır. IMAX formatında nümayişlərdən isə ümumilikdə 84,7 milyon dollar toplanıb.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən etibarən dünya ekranlarında məşhur filmlərin remeykləri, kult mediabrendlərin yeni epizodları və orijinal süjetli filmlər təqdim olunub. Bu filmlər arasında vampir temalı qorxu filmləri, yüksək büdcəli layihələr və festival səviyyəli müstəqil kinolar da yer alır.

Ayaz 

Oxşar Xəbərlər