DÜNYA ÖZ XƏBƏR

Tramp və Zelenski Vitkoffun Moskva səfərini müzakirə edəcək

6 avqust Çərşənbə günü ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparacaq.

32gun.az xəbər verir ki, bu barədə Axios nəşrinin müxbiri Barak Ravid sosial şəbəkədə məlumat verib.

Görüşdə ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffun Rusiya Prezidenti Vladimir Putinlə Moskva görüşünün nəticələrinin müzakirə olunacağı gözlənilir. Qeyd olunur ki, həmin görüş üç saat davam edib.

Ukrayna mediasının məlumatına görə, Tramp və Zelenski bir gün əvvəl də telefon danışığı apararaq Rusiya sanksiyaları, müdafiə sahəsində əməkdaşlıq və münaqişənin dayandırılması məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, bu il ərzində bu, Vitkoffun Rusiyaya beşinci səfəridir. Onun Putinlə son görüşü 25 aprel tarixində baş tutmuşdu.

Ayaz 

Oxşar Xəbərlər