ABŞ və Rusiya prezidentləri Vladimir Putin və Donald Trampın yaxın günlərdə keçirilməsi planlaşdırılan görüşü Avropa İttifaqında çaşqınlıqla qarşılanıb.
32gun.az xəbər verir ki, bu barədə The Washington Post qəzeti adları açıqlanmayan mənbələrə istinadla yazır.
Nəşrin yazdığına görə, Avropada bir sıra rəsmi şəxslər bu görüş barədə məlumat aldıqda “çaşqınlıq içində qalıblar”. Məlumatda qeyd olunur ki, Tramp, “bütün bu ajiotaja baxmayaraq, hələlik Putinə heç bir təzyiq göstərməyib”.
Qəzetin məlumatına əsasən, Kiyevdə də bəzi rəsmi şəxslər narahatlıqlarını ifadə ediblər. Onlar ehtiyat edirlər ki, Rusiya növbəti dəfə Ukraynanı və onun Avropadakı tərəfdaşlarını danışıqlardan kənarda saxlamağa çalışır.
Məlumata görə, Moskva və Vaşinqton Vladimir Putin və Donald Tramp arasında görüş keçirilməsinə razılıq veriblər. Görüşün yeri artıq müəyyən olunub və onun gələn həftə baş tutacağı gözlənilir. Prezident Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Kreml bu görüşdən uğurlu və nəticəverici nəticələr gözləyir.
Ayaz